Hörmüz boğazında daha bir neft tankeri minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazında daha bir neft tankeri minaya düşdü

Dünya

16 Noyabr 2026 19:07 28


Dünən gecədən indiyədək Hörmüz boğazında dəniz minasına düşən üçüncü tanker yanaraq hərəkətsiz qalıb.

"Yeni Sabah" xəbər verir ki, İran ordusu naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərqində elan edilmiş qaydalara zidd və icazəsiz marşrutla hərəkət edən daha bir neft tankerinin dəniz minasına düşərək partladığını açıqlayıb.

Bildirilib ki, ötən gecədən indiyədək Hörmüz boğazının şərqində dəniz minasına düşməsi nəticəsində yanğın baş verən və hərəkətsiz qalan tankerlərin sayı üçə çatıb. Məişət texnikası

İran ordusu bəyanatında ABŞ Prezidentinin açıqlamalarını yalan adlandıraraq Hörmüz boğazının bağlı olduğunu və İran zəruri hesab edənədək bağlı qalacağını bildirib.

Bəyanatda bütün gəmilərin icazə verilən marşrutlardan istifadə etməli və İran ordusunun elan etdiyi qaydalara əməl etməli olduğu vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!