Yazıçı-publisist Varis Yolçiyev “Komedixana” verilişinin bir buraxılışı ilə bağlı tənqidi fikirlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, o, proqramın məzmununa münasibət bildirərək bəzi məqamları tənqid edib.
“Bu şəkil “Komedixana”nın növbəti buraxılışındandır. Demək, səhnəcik belədir: Kişinin ad günüdür. Həyat yoldaşı deyir ki, qızımız gəlib səni təbrik etmək istəyir. Qızları qədim peşə ilə məşğuldur, kişi də bu səbəbdən adlarına ləkə gətirən qızı həyatından silibdir, qızının gəlişini istəmir, deyir, qapıdan qovacam. Elektronika məhsulları
Lakin qız gəlir, ona ağır sözlər deyən atasına söyləyir ki, get deyirsən, gedərəm, amma hədiyyəmi qəbul elə. Atasına onunçün aldığı avtomobilin açarını verir. Dərhal hər şey dəyişir, kişinin gözlərinə işıq gəlir, sevincindən qızını qucaqlayır, xoş sözlər deyir və onun tutduğu yola bəraət qazandırır.
Azərbaycan kişisi budurmu?
Hələ ardına qulaq asın. Qapı döyülür, evin kişisinin qardaşı, qızın da əmisi gəlir. Qardaşını təbrik etməyə gəlmiş əmi qardaşqızını görəndə nəslin adını batırdığına görə ona olmazın sözlər deyir.
Bu zaman qız bir hədiyyə də əmisi üçün edir. Əmi də sevinc içində qızın ayaqlarına düşür və onu nəslin fəxri adlandırır.
Bununla nə demək istəyirsiniz, komedixanaçılar?
Yumorun, satiranın tələblərinə uyğun olaraq, qəhrəmanlarınızın mənfi olduğunu diqqətə çatdırıb, sonda onları islah etmirsinizsə, demək, onlar sizin mənfi yox, müsbət obrazlarınızdır. Və nəticədə də ucuz gülüş xatirinə min illərdən bəri formalaşan milli-mənəvi dəyərlərimizə hörmətsizlik ortaya çıxır.
Olduqca bacarıqlı, istedadlı təşkilatçı, ssenarist və aktyor olan Ənvər Abbasovun başçılığı altında uğurlar sıralayan bu kollektiv mütləq nəzərə alsın ki, mədəniyyətin hər bir sahəsi asudə vaxtı təşkil etməklə, mənəvi zövq yaşatmaqla yanaşı, əsas funksiya da daşıyır – bu, hansı mesajı vermələridir. Bu səbəbdən də istəyərdik populyarlıqdan istifadə edib Komedixanaçılar insanların maariflənməsinə, mənəvi saflaşmasına xidmət etsinlər. Bu cür zərərli səhnəciklər isə daha təkrarlanmasın”, – deyə yazıçı qeyd edib.
Telegram kanalımız