Noyabrın 17-də Bakıda, Abşeron yarımadasında və ölkənin bir sıra rayonlarında küləkli hava şəraiti gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, həmçinin Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Quba və Qusar rayonlarında cənub-qərb küləyi əsəcək. İnternetdən sifariş
Gözlənilən küləyin sürətinin saniyədə 13,9-20,7 metr təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, sarı xəbərdarlıq hava şəraitinin potensial təhlükə yarada biləcəyini və diqqətli olmağın vacibliyini bildirir.
Aytac Əliyeva
Telegram kanalımız