Göyərtəsində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə batdı

saytların hazırlanması

Evə çatdırılma

Göyərtəsində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə batdı

Hadisə

16 Noyabr 2026 17:11 54


Qara dənizdə yük gəmisinin batması nəticəsində 12 nəfərlik heyət xilas edilib.

“Yeni Sabah” xəbər verir ki, Somali bayrağı altında üzən “BETUL 8” adlı gəmi Bolqarıstan sahillərində baş verən partlayışdan sonra batıb.

Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı olub. Onların hamısı Bolqarıstanın koordinasiyası ilə həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində sağ qurtarılıb. Onlayn mağaza

Gəmi noyabrın 16-da səhər saat 09:15-də batmaq təhlükəsi ilə üzləşdiyini bildirərək kömək istəyib. Hadisə Bolqarıstanın iqtisadi zonasının Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqində baş verib.

Xilasetmə əməliyyatına Bolqarıstan, Rumıniya və Türkiyə qüvvələri cəlb olunub. Əraziyə dörd mina əleyhinə gəmi, həmçinin Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter və bir Su-25 təyyarəsi göndərilib.

Gəminin hansı səbəbdən batdığı hələlik məlum deyil. İlkin ehtimallara görə, partlayışa dəniz minası və ya pilotsuz uçuş aparatının hücumu səbəb ola bilər. Hadisə ilə bağlı araşdırma davam edir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!