Müəllimlərə   PİS XƏBƏR - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərə PİS XƏBƏR - AÇIQLAMA

Sosial

16 Noyabr 2026 19:21 102


Azərbaycanda müəllimlər üçün müəyyənləşdirilən yeni etik davranış qaydalarına əsasən, şagirdlərə qarşı fiziki və psixoloji zorakılığın bütün formaları qəti şəkildə qadağan edilir. Təhsil mühitinin sağlamlaşdırılması məqsədi daşıyan bu yenilik cəmiyyətdə və pedaqoji mühitdə birmənalı qarşılanmayıb. Xüsusilə, müəllimlərin şagirdlərin davranışlarına təsir imkanlarının getdikcə məhdudlaşması və sinif idarəçiliyində ciddi çətinliklərin yaranması ilə bağlı narahatlıqlar ifadə olunur. Bildirilir ki, ənənəvi intizam mexanizmlərinin sıradan çıxması fonunda dərs prosesinin tənzimlənməsi çətinləşə bilər. Məktəblərdə nizam-intizamın qorunması üçün hansı alternativ mexanizmlərin tətbiq edilməsi isə hazırda aktual müzakirə mövzusudur.

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, yeni qaydaların qəbul olunması müəllimlərin əlində olan sonuncu təsir imkanlarını da alıb:

“Artıq biz bilirik ki, müəllimlərin müəyyən nüfuzunun qorunub saxlanması üçün şagirdlər üzərində müəyyən təsir elementləri olmalıdır. Yəni elə alətlər olmalıdır ki, onlar şagirdin dərs biliklərinin qiymətləndirilməsi, davamiyyəti və yarana biləcək istənilən vəziyyətlə bağlı müəllimə müəyyən təsir imkanları versin. Mən şiddət imkanlarını demirəm. Sadəcə olaraq, bu günün şagirdini nümunə üçün götürək ki, “2” alsa belə, ilin sonunda attestatını alır. Yəni bu şagirdi çəkindirən hər hansı bir element yoxdur. Müəllimin də əlində elə bir alət yoxdur ki, qiymətini aşağı yazanda və ya şagird sinifdən-sinfə keçməyəndə o, müəllimlə hesablaşmaq məcburiyyətində qalsın. Belə olan halda şagird ya dərsə hazırlıqlı gələcək, ya da özünü intizamlı aparacaq. İndi isə şagirdin özünü məktəbdə intizamsız aparmasına heç bir maneə, sədd yoxdur”. Bakıda online alış-veriş

Ekspertin sözlərinə görə, hazırda nəinki müəllimin, hətta valideynin belə uşaqlar üzərində təsir imkanları itir:

“Bu, artıq bizi mentalitetimizdən də uzaqlaşdırır. Hər bir proses inkişafa doğru getməlidir. Lakin süni intellektin inkişaf etdiyi bir cəmiyyətdə bu kimi qərarlarla şagirdlərin üzərində müəllim nüfuzunu endirmiş oluruq. Artıq şagirdin müəllimə olan etinasız münasibəti bir az da dərinləşəcək. Çünki onun “2” alması gələcəkdə attestat almasına problem yaratmır və bu da onda psixoloji cəhətdən müəyyən arxayınlıq yaradır”.

M.Məmmədli çıxış yolu kimi beynəlxalq təcrübədə tətbiq olunan xasiyyətnamə (referans) mexanizminin Azərbaycanda da işə salınmasını təklif edib:

“Müəllimlərə müəyyən məsələlərdə hüquq tanınmalıdır. Heç olmasa, 11-ci sinfin attestatını əlinə alanda buraxılış imtahanının nəticələri ilə bərabər, şagirdin məktəbdə özünü necə aparması ilə bağlı bir qeyd, rəy mütləq olmalıdır. Bu rəy gələcəkdə onun həm əmək bazarı fəaliyyətinə təsir edə bilsin, həm də ali və ya peşə təhsili müəssisələrinə qəbulda, seçimdə rol oynasın. Əxlaq və davranışla bağlı sinif rəhbərinin və məktəb rəhbərliyinin rəyi olarsa, müəllim nüfuzunu qoruyub saxlamaq mümkün olacaq. Əgər biz qanunları dünya standartlarına uyğunlaşdırırıqsa, o halda beynəlxalq təcrübədə olan bu “referans” sistemini də mütləq tətbiq etməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!