Dövlət xəstəxanalarında növbə, özəllərdə boş yerlər – Fazil Mustafadan təklif

saytların hazırlanması

Evə çatdırılma

Dövlət xəstəxanalarında növbə, özəllərdə boş yerlər – Fazil Mustafadan təklif

Sosial

16 Noyabr 2026 16:43 47


Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunmasının və özəl klinikaların imkanlarından daha geniş istifadə edilməsinin vacibliyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, büdcə layihəsinin hazırlanmasında iştirak edən Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Hesablama Palatasının əməkdaşlarına təşəkkürünü bildirən parlamentari sənədlərin anlaşıqlı və ətraflı tərtib olunmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Səhiyyə sahəsində mövcud olan aktual məsələlərə toxunan F.Mustafa onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsinə daxil edilməsini zəruri sayıb. Onun sözlərinə görə, maddi imkanı məhdud olduğu üçün xaricdə müalicə ala bilməyən çoxsaylı vətəndaşların vəziyyəti nəzərə alınmalı və onların ölkə daxilində zəruri tibbi xidmətlərdən tam yararlanmasına şərait yaradılmalıdır. Online shopping Azərbaycan

Deputat dövlət və özəl tibb müəssisələri arasında xidmətlərin əlçatanlığı baxımından yaranan fərqlərə də diqqət çəkərək, dövlət xəstəxanalarında maqnit-rezonans tomoqrafiya (MRT) və kompüter tomoqrafiyası (KT) müayinələri üçün uzun növbələrin yarandığı halda, özəl klinikalarda bu müayinələr üzrə sıxlığın xeyli aşağı olduğunu bildirib.

F.Mustafa özəl tibb müəssisələrinin mövcud potensialından səmərəli istifadə edilməklə müayinə və müalicə xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanmasını təklif edib.

 Parlamentarinin qənaətincə, özəl klinikalara kənar mexanizm kimi yanaşılmasına son qoyulmalı, onların vahid səhiyyə sisteminə inteqrasiyası daha da genişləndirilməlidir. O, yeni səhiyyə nazirinin təyinatının sahədəki mövcud problemlərin həllinə diqqəti artıracağına ümidvar olduğunu əlavə edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!