Müsəlmanları təhqir edən plakatlar yayımlandı - Rəsmilər geri addım atdı

saytların hazırlanması

Evə çatdırılma

Müsəlmanları təhqir edən plakatlar yayımlandı - Rəsmilər geri addım atdı

Dünya

16 Noyabr 2026 19:56 70


Almaniyada müsəlmanları şübhə altında qoyan plakatlar narazılığa səbəb olub. İslam təşkilatlarının etirazlarından sonra hakimiyyət mübahisəli kampaniyanı vaxtından əvvəl dayandırıb, məsul şəxs isə üzr istəyib.

“Yeni Sabah” xəbər verir ki, Almaniyanın Bremen əyalətində radikal dini qruplara qarşı mübarizə məqsədilə başladılan məlumatlandırma kampaniyası mübahisələrə yol açıb. Rəqəmsal reklam lövhələrində yayımlanan plakatlarda müsəlmanların ümumi şəkildə şübhəli göstərildiyi bildirilib. Müsəlman icmasının etirazlarından sonra plakatların yayımı dayandırılıb.

Bremenin daxili işlər üzrə senatoru Eva Högl noyabrın 4-də başladılan kampaniyanın çoxsaylı müsəlmanları incitdiyini etiraf edib. O, kampaniyanın həyata keçirilmə formasına görə üzr istəyib. Högl bildirib ki, bu təşəbbüs əyalətdə yaşayan müsəlman qadın və kişilərdə ciddi narahatlıq yaradıb. Onun sözlərinə görə, kampaniyanın məqsədi düzgün olsa da, seçilən üsul yanlış olub. Bakıda online alış-veriş

Senator qeyd edib ki, əslində məhdud bir qrupu hədəf alan kampaniya daha geniş müsəlman icmasına təsir göstərib. Buna görə də artan etirazlardan sonra plakatların yayımlanması nəzərdə tutulan vaxtdan əvvəl dayandırılıb.

Kampaniya xüsusilə Bremen şəhərində fəaliyyət göstərən müsəlman təşkilatlarının narazılığına səbəb olub. Bölgədəki müsəlman icmalarını birləşdirən Bremen İslam Dini İcması yaydığı açıqlamada plakatlardan təəccübləndiyini və narahatlıq keçirdiyini bildirib. Açıqlamada Konstitusiyanın Müdafiəsi İdarəsi tərəfindən hazırlanan plakatların bütün müsəlmanları şübhəli vəziyyətə saldığı və cəmiyyətdə mövcud olan qərəzli münasibətləri gücləndirdiyi vurğulanıb. Bremen şəhərində könüllü fəaliyyət göstərən, müxtəlif birliklərdə məsuliyyət daşıyan və ictimai həyata töhfə verən minlərlə müsəlmanın bu kampaniya səbəbindən əsassız şübhə altında qaldığı qeyd edilib.

Təşkilat hesab edir ki, plakatlarda istifadə olunan ifadələr müsəlmanlara qarşı mənfi münasibəti gücləndirə və cəmiyyətdə birliyə zərər vura bilər.

Mübahisəyə səbəb olan plakatlarda qoyun dərisinə bürünmüş qurd təsvirindən istifadə edilib. Şəklin üzərində “Görünüşcə mehriban, əslində demokratiya əleyhinə” ifadəsi yazılıb. Plakatın aşağı hissəsində isə “İslamçıların cəmiyyətə nüfuz etməsi təhlükədir. Görünüşün arxasında gizlənənlərə diqqət edin” mesajı yer alıb. Müsəlman təşkilatları bu ifadələrin bütün müsəlmanları şübhəli kimi təqdim etdiyini və ayrı-seçkiliyi gücləndirdiyini bildiriblər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!