Türkiyənin "Qalatasaray" klubu Superliqadakı növbəti ev oyununu başqa stadionda keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
"Sarı-qırmızılar" doğma arenaları olan "Rams Park"ın ot örtüyündə görülən işlərlə əlaqədar XII turda "Samsunspor"u "Başakşehir Fatih Terim Stadionu"nda qəbul edəcək. Online alış-veriş
Xatırladaq ki, noyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Telegram kanalımız