Boksçularımız Avropa çempionatına qələbə ilə başladılar

saytların hazırlanması

Evə çatdırılma

Boksçularımız Avropa çempionatına qələbə ilə başladılar

İdman

16 Noyabr 2026 19:48 51


Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib.

"Yeni Sabah" xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Georgios Pliasla (Yunanıstan) üz-üzə gəlib. Boksçumuz rəqibinə 3:2 (28:29, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Aşırəliyev ikinci cəhdində ilk mərhələdən azad olan Abdullah Rahalla (İsrail) döyüşəcək. Sərfəli qiymətə məhsullar

Nicat Alırzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda İdris Ahmed Xlifini (Belçika) üçüncü raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti qarşılaşmasında Edqaras Trotenskislə (Litva) gücünü yoxlayacaq.

Hər iki görüş noyabrın 18-də baş tutacaq.

Qeyd edək ki, çempionata noyabrın 24-də yekun vurulacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!