Argentinalı model Vanda Nara keçmiş əri Mauro İkardi və onun yeni sevgilisi Çin Suareslə bağlı sərt sözlər işlədib.
“Yeni Sabah” xəbər verir ki, o, paylaşımında ad çəkmədən Suaresin şantaj və dələduzluq yolu ilə əldə etdiyini iddia ediyi evi satdığını, lakin pulun kifayət etmədiyini bildirib.
Naranın sözlərinə görə, Suarez ev almaq üçün çatışmayan məbləği İkardidən istəyib və bunun müqabilində Türkiyəyə köçüb: Online shopping Azərbaycan
Nara Suaresin karyera uğurlarını da məsxərəyə qoyub, ünvanına kobud və təhqiramiz ifadələr işlədib:
“Sənin uğurların sənə heç it damı da aldırmadı. Mənim kimi cinsi əlaqədən istifadə etməyi öyrən ki, işlərin daha yaxşı getsin”.
Vanda Nara uşaqlarını zorakılıqdan uzaq tutduğunu bildirib:
“Bacarığım uşaqlarımı zorakılıqdan uzaqlaşdırmağa imkan verdi. Sən isə öz uşaqlarının da eyni halları yaşadığını görə-görə hələ də susmağa, itaət etməyə və kişinə bağlı qalmağa davam edirsən. Sənə məsləhətim budur: sən də cinsi əlaqədən istifadə etməyə başla və onları bu zərərdən uzaq tut”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız