Nazir: “Münaqişə artıq keçmişdə qaldı”

saytların hazırlanması

Evə çatdırılma

Nazir: “Münaqişə artıq keçmişdə qaldı”

Sosial

19 May 2022 15:22 777


“Hər bir xalq üçün özünəməxsus yeri olan şəhərlər var, Azərbaycan üçün belə bir şəhər Şuşadır”. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

O, sözügedən şəhərdə Azərbaycan mədəniyyətinin xeyli dahi nümayəndələrin anadan olduğunu, Şuşanın öz muğam ifaçıları ilə məşhur olduğunu xatırladıb. Dominos pizza

Nazirin sözlərinə görə, 30 illik erməni işğalı Azərbaycan ərazilərində, o cümlədən Şuşa şəhərində mədəni abidələr də daxil olmaqla böyük dağıntılara səbəb olub: "Amma artıq münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün və mehriban qonşuluq maünasibətlərinin bərqərar olmasına tərəfdardır”.

A.Kərimov Şuşanın 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçildiyini xatırladaraq gələn il bununla bağlı bayram tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.

O, çoxsaylı dövlətlərin sülh və mədəniyyətin inkişafına fəal töhfə verən Bakı prosesinə qoşulduğunu vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!