Azərbaycanda peşə təhsilinə qəbul son illərdə iki dəfə artıb və növbəti illərdə daha 21 peşə təhsili müəssisəsinin tikintisi nəzərdə tutulur.
"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2021-ci illə müqayisədə peşə təhsilinə qəbul iki dəfə artıb. Eyni zamanda yeni ixtisasların sayı da genişləndirilib. pizza
Emin Əmrullayev qeyd edib ki, Prezidentin müvafiq sərəncamı ilə növbəti illərdə 21 yeni peşə təhsili müəssisəsinin tikintisi planlaşdırılır. Bu işlərin 2030-cu ilədək tamamlanması nəzərdə tutulur.
Nazirin sözlərinə görə, layihə uğurla həyata keçirilərsə, Azərbaycan peşə təhsili infrastrukturu baxımından tarixinin ən yaxşı səviyyəsinə çatacaq.
O vurğulayıb ki, peşə təhsili ilə ali təhsil arasında düzgün balansın yaradılması əsas məqsədlərdən biridir. Peşə təhsili müəssisələrinin infrastrukturu, tədrisin keyfiyyəti, məzunların əmək bazarında iş tapmaq imkanları və əməkhaqqı baxımından bəzi istiqamətlərdə ali təhsildən geri qalmayacağı gözlənilir.
Aytac Əliyeva
Telegram kanalımız