Nazirdən Xırdalan məktəbləri ilə bağlı   gözlənilməz açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən Xırdalan məktəbləri ilə bağlı gözlənilməz açıqlama

Sosial

14 Sentyabr 2026 15:57 100


Xırdalan və Abşeron rayonunda məktəblərdə yer çatışmazlığı ilə bağlı problemin əsas səbəblərindən biri əhalinin sıxlığıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Xırdalanda son illərdə bir neçə yeni və böyük məktəb tikilib. Onun sözlərinə görə, Saray qəsəbəsində iki yeni məktəb istifadəyə verilib, Masazırda isə 4-5 yeni məktəb tikilib. Xırdalanda da hər biri 2 500-3 000 şagird üçün nəzərdə tutulan böyük məktəblər inşa olunub. Dominos pizza

Emin Əmrullayev qeyd edib ki, buna baxmayaraq, əhalinin sürətli artımı məktəblərdə sıxlıq problemini gündəmdə saxlayır.

Nazir həmçinin bildirib ki, demoqrafik dəyişikliklər də nəzərə alınmalıdır. Onun sözlərinə görə, son illərdə doğulan uşaqların sayında azalma müşahidə olunur və 2029-2030-cu illərdən etibarən birinci sinfə gedən uşaqların sayında ciddi azalma gözlənilir.

E.Əmrullayev məktəb sayının artırılmasının əsas istiqamətlərdən biri olduğunu vurğulayıb. Bununla yanaşı, vətəndaşların yaşayış yeri seçərkən məktəb məsələsini də nəzərə almasının vacibliyini deyib.

Nazir qeyd edib ki, məktəbin tutumundan artıq şagird qəbul etmək fiziki baxımdan mümkün deyil. Məsələn, 650 şagird üçün nəzərdə tutulan məktəbdə 2 min şagird təhsil alırsa, əlavə uşağın həmin məktəbə yerləşdirilməsi mümkün olmur.

O, konkret olaraq məktəbə gedə bilməyən uşaqlarla bağlı Elm və Təhsil Nazirliyinə məlumat verilməsinin vacibliyini də vurğulayıb.

"Ən vacib məsələ odur ki, həmin uşaqla bağlı məlumatı bizə verin, biz bir həll yolu fikirləşək ki, o uşaq məktəbə getsin", - deyə nazir bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!