Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Mədəniyyət

27 Avqust 2026 16:01 129


Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Azər Aydəmirə məxsus "Aydəmir Entertainment" şirkəti ilə yeni müqavilə bağlayıb.

"Yeni Sabah" iqtisadiyyat.az-a istinadla xəbər verir ki, müqavilədə "Çar Skiflər - İşquz Dövləti" tammetrajlı bədii-sənədli filminin post-prodakşn mərhələsində (tamamlanma) 3 hissəli geniş variantının hazırlanması xidmətlərinin və hüquqlarının satın alınması nəzərdə tutulub.

Müqavilənin maliyyə dəyəri 200.600 manat müəyyənləşib. pizza mizza

Xatırladaq ki, ARKA bu ilin əvvəlində də "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filmin istehsalı ilə bağlı "Aydəmir Entertainment" şirkəti ilə 657.000 manat dəyərində müqavilə bağlayıb.

Audiovizual sənaye sahəsində fəaliyyət göstərən "Aydəmir Entertainment" şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!