Nazirlikdə görüş keçirilib
01 İyl 2019 13:28
228

Nazirlikdə görüş keçirilib

“Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması üçün təlimatlar” adlı yeni tədqiqata dair təqdimat keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, nazirlikdə Avropa İttifaqının maliyyə dəstəyi ilə və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin Baş layihə rəhbəri xanım Violeta Vaqnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. 

Xanım V.Vaqner MOBİLAZE layihəsinin qanuni miqrasiya və yerdəyişmələr, qanunsuz miqrasiyaya qarşı mübarizə, sığınacaq siyasəti və miqrasiyanın inkişafa təsirinin artırılması kimi əhəmiyyətli sahələri əhatə etdiyini bildirib. 

Tədqiqatda əcnəbi işçi qüvvəsinin cəlb olunması ilə bağlı prosedurların təkmilləşdirilməsi üzrə təklifləri şərh edən xanım V.Vaqner təkliflərin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və ölkəmizin strateji yol xəritələrinin məqsədləri nəzərə alınmaqla hazırlandığını bildirib. 

A.Əliyev tədqiqatla bağlı aparılmış işləri müsbət qiymətləndirib. O, tədqiqatın əmək miqrasiyası proseslərinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi işlərində faydalı olacağını bildirib. Nazir müavini tədqiqatda təqdim olunmuş təkliflərin məqsədəuyğun olduğunu və onların nazirlik tərəfindən nəzərə alınacağını diqqətə çatdırıb. 

 

Oxşar xəbərlər