Nazirlikdən gözlənilməz qərar – Kimlər pul alacaq?

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən gözlənilməz qərar – Kimlər pul alacaq?

İqtisadiyyat

18 Sentyabr 2026 14:39 117


Azərbaycanda emal müəssisələrinə təhvil verilən bir sıra kənd təsərrüfatı məhsulları üzrə yeni subsidiyalar tətbiq ediləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə subsidiya əhatəsi genişləndirilir.

Yeni qərara əsasən, emal müəssisəsinə təhvil verilən məhsullar üzrə subsidiyalar aşağıdakı məbləğlərdə müəyyən edilib: Sezar pizza

Texniki üzüm – 50 manat/ton

Zeytun – 30 manat/ton

Xurma – 50 manat/ton

Taxta qabıqlı badam – 30 manat/ton

Efir yağı istehsalı üçün qızılgül – 100 manat/ton

Biyan – 10 manat/ton

Pivəlik arpa – 50 manat/ton

Bundan əlavə, ərzaqlıq buğda proqramı davam etdiriləcək. Buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal olunaraq dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödəniləcək.

Naxçıvan Muxtar Respublikası üzrə isə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası veriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!