Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı torpağa basdırılaraq gizlədilmiş avtomat silah aşkarlanıb.
Bu barədə "Yeni Sabah"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun həbs edilməzdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdıraraq gizlətdiyi silah müəyyən olunub. Dominos pizza
Əməliyyat zamanı həmin ərazidən 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız