Bakıda qonşuluq niyə ölüb? - Sosioloq AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qonşuluq niyə ölüb? - Sosioloq AÇIQLADI

Sosial

02 Oktyabr 2026 11:15 198


Bir vaxtlar eyni binada yaşayan qonşular bir-birinin qapısını döyür, hal-əhval tutur, hətta bir-birinə güvənirdi. 2000-ci illərdə isə bəzi ailələr evdə olmadıqları zaman nəsə baş verərsə, qonşu tez müdaxilə edə bilsin deyə qapı qonşusuna evinin açarını belə etibar edirdi. 

İndi isə eyni mərtəbədə yaşayan insanların bir-birinin adını bilməməsi adi hala çevrilib. Xüsusən yeni tikililərdə qonşular bəzən aylarla üz-üzə gəlir, amma liftə birlikdə minəndə belə salamlaşmırlar.

Bəs Bakıda qonşuluq münasibətləri niyə əvvəlki kimi deyil, insanları bir-birindən uzaqlaşdıran əsas səbəb nədir? Toyuqlu pizza

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan sosioloq Mail Yaqub hesab edir ki, şəhər həyatının sürətlənməsi və gündəlik problemlər insanları bir-birindən uzaqlaşdırır:

“Qonşuların bir-birinə yadlaşması, xüsusilə şəhərlərdə, çoxmənzilli binalarda yaşayan insanların bir-birini tanımaması müasir həyatın, necə deyərlər, “töhfələrindən” biridir. Şəhər həyatının gündəlik qayğıları insanları getdikcə fərdiyyətçiliyə sövq edir. Hər kəs öz qayğılarına qapılır, yalnız öz problemlərini düşünməyə başlayır. 

Şəhərdəki səs-küy, informasiya bolluğu və sürətli həyat tərzi də insanların özünə qapanmasına səbəb olur. Çoxmənzilli binada yaşayan qonşuların bir-birini tanımaması, hətta tanımaq istəməməsi artıq adi hala çevrilib. İnsanlar şəhərin bu qədər səs-küyü və qarışıqlığı içində sanki özlərini qorumağa çalışırlar”.

Sosioloq deyib ki, sosial şəbəkələr artdıqca insanlar real həyatda daha az ünsiyyət qururlar:

“Digər tərəfdən, sosial şəbəkələr və virtual münasibətlər genişləndikcə insanların real həyatda qurduğu münasibətlər azalır. Bu, çox vacib məsələdir. 

Sosial şəbəkələr genişlənir, internet üzərindən münasibətlər artır, amma real həyatda insanlar bir-birindən uzaqlaşır və tənhalaşırlar. Bu da xüsusilə son 20 ildə müasir həyatın gətirdiyi dəyişikliklərdən biridir. Bu, reallıqdır və bunu heç kim inkar edə bilməz. 

Amma insanların, xüsusilə qonşuların bir-birinə yad münasibət bəsləməsi yaxşı hal deyil. İnsanlar bir-birindən çəkinməməli, normal münasibət qurmağı bacarmalıdırlar. Heç olmasa, şəhər həyatında qapı qonşusu olan insanlar bir-birini tanımalıdır. 

Çünki bəzən elə çətin və çıxılmaz vəziyyət yarana bilər ki, insan qonşusunun köməyinə ehtiyac duyar. Əgər qonşunuzla heç bir münasibətiniz yoxdursa, belə vəziyyətdə ona müraciət etməyə utanacaq və ya çəkinəcəksiniz. Amma arada normal münasibət varsa, bu cür hallarda bir-birinə dəstək olmaq daha asan olur. 

Bizim mədəniyyətimiz, keçmişimiz və milli-mənəvi dəyərlərimiz də insanlara, xüsusilə qonşulara bir-biri ilə münasibət qurmağı, yaxınlıq yaratmağı və bir-birinə dayaq olmağı tövsiyə edir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!