Sumqayıtda 20-dən çox şagirdi zəhərləyən məhsul   TAPILDI - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 20-dən çox şagirdi zəhərləyən məhsul TAPILDI - FOTOLAR

Sosial

02 Oktyabr 2026 12:07 106


Sumqayıt şəhərində 36 nömrəli tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı ilkin araşdırmanın nəticələri məlum olub.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

AQTA hadisəni dərhal nəzarətə götürərək araşdırmalara başlayıb. İlkin araşdırmaların nəticələrinə görə, zəhərlənməyə şagirdlərdən birinin məktəbə gətirdiyi istifadə müddəti bitmiş şirniyyat məhsulunun səbəb olduğu ehtimal edilir. Marqarita pizza

Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Araşdırmaların nəticələri və görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!