Yunanlar qrup lideri oldu

saytların hazırlanması

Evə çatdırılma

Yunanlar qrup lideri oldu

İdman

02 Oktyabr 2026 12:33 81


UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan-Niderland qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, oyunun ilk yarısında üstünlüyü tamamilə ələ alan ev sahibləri 23-cü dəqiqədə Fotis İoannidisin qolu ilə hesabı açıblar.

Fasiləyə az qalmış, 45+1-ci dəqiqədə Giorgos Masouras fərqi iki topa çatdıraraq yunanları rahat mövqeyə çıxarıb. Marqarita pizza

İkinci hissədə daha əzimkar oyun nümayiş etdirən Niderland millisi 59-cu dəqiqədə komanda kapitanı Vircil van Deykin kəllə zərbəsi ilə fərqi azaldıb. Matçın sonlarına doğru təzyiqi artıran "narıncılar" 89-cu dəqiqədə Ticcani Reycndersin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirməyi bacarıblar.

Meydandan 2:2 hesablı heç-heçə ilə ayrılan Yunanıstan milli komandası qazandığı xalla Almaniya və Hollandiyanın olduğu qrupda 7 xalla vahid liderdir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!