Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.
Bu barədə "Yeni Sabah"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, hadisə Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş verib. Hazırda AQTA tərəfindən zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. pizza hut
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.
Qeyd edək ki, Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbin 21 şagirdi xəstəxanaya yerləşdirilib. Hadisəyə səbəb qida zəhərlənməsi olduğu ehtimal edilir.
Aytac Əliyeva
Telegram kanalımız