“Barselona”nın titulları ləğv edilə bilər

saytların hazırlanması

Evə çatdırılma

“Barselona”nın titulları ləğv edilə bilər

İdman

02 Oktyabr 2026 11:28 77


“Real Madrid” “Barselona”nın 2001–2018-ci illər aralığında qazandığı 33 titulun ləğv edilməsi tələbi ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, Madrid təmsilçisi qalmaqallı “Neqreyra işi” çərçivəsində UEFA-ya təxminən 50 min səhifəlik geniş dosye təqdim edib. Tələb olunan titullara 9 La Liqa, 8 İspaniya Superkuboku, 6 Kral Kuboku, 4 Çempionlar Liqası, 3 UEFA Superkuboku və 3 FIFA Klublararası Dünya Kuboku daxildir.

Hazırda UEFA təqdim edilən sənədləri araşdırır və məsələ ilə bağlı yekun qərarını hələ verməyib. Əgər pozuntular sübuta yetirilərsə, “Barselona”nın Avropa turnirlərindən kənarlaşdırılması ən ehtimal olunan sanksiyalar arasında göstərilir. pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!