Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2026-cı ilin 2-ci rübünə olan maliyyə göstəricilərini açıqlayıblar.
“Yeni Sabah” xəbər verir ki, daşınmaz əmlak (ipoteka) kreditləri üzrə bazarın mütləq lideri ABB olub.
Rüblük göstəricilərə əsasən, ABB 1 milyard 777,5 milyon manatlıq daşınmaz əmlak kredit portfeli ilə birinci sırada yer alıb. Onu 586,1 milyon manatla Kapital Bank və 254,5 milyon manatla PAŞA Bank izləyir. Pepperoni pizza
Digər bankların göstəriciləri isə belə formalaşıb: Azər-Türk Bank - 213,7 mln manat, Rabitəbank - 198,1 mln manat, Bank Respublika - 175,5 mln manat, TuranBank - 135,3 mln manat, Expressbank - 126,7 mln manat, Unibank - 111,0 mln manat, Yapı Kredi Bank Azərbaycan - 110,7 mln manat, Yelo Bank - 106,1 mln manat.
Cəlalə Cəlalqızı
Telegram kanalımız