“Ukraynanın əks-hücumu dəhşətli nəticələrə gətirib çıxaracaq, yəni daha çox qan tökülməsi və daha da gərginlik”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Diplomat bildirib: “Mən Kiyev rejiminə və onun Qərb sponsorlarına xəbərdarlıq etmək istərdim”. pizza mizza
M. Qaluzin Rusiya ordusunun hadisələrin istənilən inkişafına hazır olduğuna və nə Kiyevin, nə də Qərbin bundan heç bir divident almayacağına inandığını söyləyib.
Rusiyalı diplomat vurğulayıb ki, ABŞ münaqişədə birbaşa iştirak edir .
Nazir müavininin sözlərinə görə, nə Qərbə, nə də Ukraynaya sülh lazım deyil, əks halda onlar Moskvanın təklifi ilə 2021-ci ildə təhlükəsizlik təminatı haqqında saziş bağlamağa razı olardılar.
Telegram kanalımız