Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,54 ABŞ dolları və ya 8,49 % artaraq 109,1 ABŞ dolları təşkil edib.
"Yeni Sabah" xəbər verir ki, bir gün əvvəl qiymət 100,56 ABŞ dolları olub.
Builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Pepperoni pizza
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Telegram kanalımız