Dünya üzrə təmiz hidrojen layihələrinə qoyulan kümülativ investisiya həcmi 130 milyard dolları ötərək tarixi rekord vurub.
“Yeni Sabah” Hidrogen Şurasının (“Hydrogen Council”)hesabatına əsasən xəbər verir ki, Çin qlobal bərpa olunan hidrogen gücünün yarısından çoxuna sahiblik etməklə liderliyini qoruyur, Avropa isə ümumi investisiya həcminə görə ikinci sırada yer alır. ABŞ aşağı karbonlu hidrogen infrastrukturu üzrə ön sıralarda olsa da, polad istehsalı və uzaq məsafəli daşımalar kimi ağır sənaye sahələrində yüksək keçid xərcləri səbəbindən hidrogenə adaptasiya ləngiyir.
Ümumilikdə ilkin investisiya qərarı verilmiş 570-dən çox layihə üzrə illik 6.9 milyon ton təmiz hidrojen istehsalı hədəflənir. Pepperoni pizza
Telegram kanalımız