Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlarda rekord sayda sərnişin daşınıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Qeyd edilib ki, sentyabrın 15-də Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə 52 minə yaxın sərnişin mənzil başına çatdırılıb. Dominos pizza
Ötən ilin eyni günündə həmin marşrutlar üzrə 42 mindən çox sərnişin daşınıb. Beləliklə, sərnişin sayı əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 23,3 faiz artıb.
Məlumata görə, yeni hərəkət cədvəlinə əsasən, sentyabrın 15-dən etibarən reyslərin sayı 90-dan 96-ya çatdırılıb.
"Azərbaycan Dəmir Yolları" sərnişinlərə təşəkkür edib, onlara xoş və təhlükəsiz səfərlər arzulayıb.
Aytac Əliyeva
Telegram kanalımız