Nəriman Axundzadə “Ərzurumspor”dan ayrıla bilər

saytların hazırlanması

Evə çatdırılma

Nəriman Axundzadə “Ərzurumspor”dan ayrıla bilər

İdman

29 Sentyabr 2026 11:34 95


Nəriman Axundzadənin Türkiyənin "Ərzurumspor" klubundakı çıxışı rəhbərlik və məşqçilər heyətində narazılıq yaradıb.

“Yeni Sabah” xəbər verir ki, 22 yaşlı futbolçunun Superliqa təmsilçisindəki gələcəyi şübhə altına düşüb.

ABŞ-nin "Kolumbus Kryu" klubundan 1 illik icarəyə götürülən hücumçu hələ ki, komandanın heyətində cəmi 3 matçda meydana çıxıb və hər birində oyuna sonradan daxil olub. Meydanda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə fərqlənə bilməməsi onun komandadakı mövqeyini zəiflədib. pizza sifarişi

Türkiyə klubunun məşqçilər korpusu futbolçunun formada olmadığını Azərbaycanın U-21 millisinin Çexiyaya karşı keçirdiyi ev oyununda da müşahidə edib. Matça start heyətində başlayan və 77 dəqiqə meydanda qalan Nərimanın zəif performansı diqqətdən yayınmayıb. Hərçənd "Ərzurumspor"un mövsümün sonunda futbolçunun transfer hüququnu almaq imkanı var, hücumçu oyununu yaxşılaşdırmayacağı təqdirdə klub bu opsiyadan imtina etməyi planlaşdırır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!