Nərimandan sonra o da “Qarabağ”ı tərk edir

saytların hazırlanması

Evə çatdırılma

Nərimandan sonra o da “Qarabağ”ı tərk edir

İdman

08 Fevral 2026 17:55 3950


"Qarabağ"da Nəriman Axundzadədən sonra daha bir ayrılıq yaşana bilər.

"Yeni Sabah" xəbər verir ki, Bəhlul Mustafazadə də Ağdam təmsilçisini tərk etməyə yaxındır.

Çin klubu "Şençjen Penq Siti" Azərbaycan yığmasının müdafiəçisini heyətinə cəlb etmək istəyir.

Onlar 28 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif edib.

"Qarabağ" da bu keçiddən müəyyən bir məbləğ qazanacaq.

Bəhlul özü bu transferə müsbət yanaşır. Ona görə klub da ona mane yaratmayacaq.

Lakin bu keçid komandanın Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubu ilə oyunlarından asılı olacaq. Əgər "Qarabağ" mərhələni keçərsə, Mustafazadə bir müddət də Ağdam təmsilçisinin heyətində qalmalı olacaq. /Azerisport.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!