Nərimanovda bu obyektlər sökülür - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda bu obyektlər sökülür - FOTOLAR

Sosial

29 İyun 2026 14:27 2169


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Nərimanov rayonu, Təbriz küçəsinin “böyük meydan” adlanan ərazisində söküntü işlərinə başlanılıb.

“Yeni Sabah” xəbər verir ki, AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq. "Nəriman Nərimanov" metro stansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Görüləcək işlərlə əlaqədar sözügedən ərazinin ətrafı arakəsmələrlə bağlanıb. Yaxın günlərdə ərazidə yerləşən bir sıra obyektlərin söküntüsünə başlanılacaq. Söküntü işləri ilə bağlı artıq obyekt sahiblərinə məlumat verilib. Həmçinin layihənin həyata keçirilməsi ilə geniş və maneəsiz səkilər, yaşıllıq elementləri, daha keyfiyyətli ictimai məkanlar və müasir dayanacaq infrastrukturu qurulacaq. Pepperoni pizza

Nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra küçə avtomobillər, piyadalar, ictimai nəqliyyat istifadəçiləri və şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və funksional məkana çevriləcək.

Xatırladaq ki, bir neçə ay əvvəl “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsinin yenidənqurma layihəsi ictimaiyyətə təqdim olunmuşdu.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!