İki uşaq anası Nərminin dəstəyinizə ehtiyacı var!
2 körpə övlad anası olan Baləliyeva Nərmin qeysəriyyə əməliyyatı zamanı qanaxmaya düşüb. Həkimlər qanaxmanın qarşısını almağa çalışarkən gec intubə (borunun ağızdan tənəffüs yoluna daxil edilməsi) etdiklərindən beyin hipoksiyada (beyində oksigen azlığı və qan çatışmazlığı) qalıb.
Bu səbəbdən də Nərminin beyni ciddi zədələnib, hazırda Baku Medical Plazanın reanimasiya şöbəsində yatır və ayılmadığından komadadır. pizza sifarişi
Yeni doğulan körpəsi isə OMD Uşaq Xəstəxanasında küveyz aparatına qoşulsa da, dünyasını dəyişib.
Artıq reanimasiyanın gündəlik xərclərini ödəmək üçün ailənin heç cür maddi imkanı çatmır.
Ailə üzvləri Nərmini həyata qaytarmaq və övladlarına qovuşdurmaq üçün öz imkanınız daxilində maddi kömək etməyinizi xahiş edir.
Əziz dost, sən də xeyirxahlıq et, Nərminə həyat ver!
Telegram kanalımız