Nəşi tapılan hərbçimizin əmisi də şəhid olubmuş 

saytların hazırlanması

Evə çatdırılma

Nəşi tapılan hərbçimizin əmisi də şəhid olubmuş 

Sosial

11 İyun 2024 15:39 280


Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında tapılıb. 

Modern.az-ın məlumatına görə, nəşi tapılan hərbçimizin əmisi Birinci Qarabağ müharibəsində şəhid olub. 

Hərbçimiz əmisinin - şəhid Hüseynov Ceyhun Tahir oğlunun adını daşıyırdı.  pizza sifarişi

Ordubad rayon Gənzə kəndindən olan hərbçimiz 17 Aprel 1994-cü ildə Goranboy rayonunun Talış kəndində gedən döyüşlərdə şəhid olub. Məlumatı bundan əvvəl hərbçimizin atası Tofiq Hüseynov "globalinfo"ya açıqlamasında da təsdiq edib. 

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib və müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib. Eyni zamanda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!