Netanyahu Nyu-Yorka gəlməmiş sərt sözlər - Merdən gözlənilməz açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu Nyu-Yorka gəlməmiş sərt sözlər - Merdən gözlənilməz açıqlama

Dünya

23 Sentyabr 2026 07:42 123


Nyu-York şəhərinin meri Zohran Mamdani İsrailin Baş naziri Binyamin Netanyahu barədə əvvəl səsləndirdiyi fikirlərini bir daha təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, Mamdani CNN-ə müsahibəsində Netanyahuya “müharibə cinayətkarı” dediyini və bu fikrinin arxasında dayandığını bildirib.

“Mən Netanyahuya müharibə cinayətkarı demişəm və buna inanıram. Eyni zamanda onu Fələstin xalqına qarşı dəhşətli soyqırımın memarı hesab edirəm”, - deyə Mamdani bildirib. Mer əlavə edib ki, Nyu-York şəhərinin Netanyahu barəsində Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs qərarını icra etmək səlahiyyəti yoxdur. Mamdani bildirib ki, qanunun aliliyi və hər kəsin qanun qarşısında cavab verməsi vacibdir: pizza

“Əgər Beynəlxalq Cinayət Məhkəməsi qanunların pozulmasına görə bir şəxsin həbs edilməli olduğunu düşünürsə, biz kimik ki, kiminsə bu qanunlardan üstün olduğunu deyək? Məncə, hər kəs bu məhkəmə qarşısında cavab verməlidir”.

Qeyd edək ki, Mamdaninin bu açıqlamaları Netanyahu Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında çıxış etməyə hazırlaşdığı vaxt səslənib. Netanyahu isə Mamdaninin ittihamlarını rədd edib və onun açıqlamalarına cavab verəcəyini bildirib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!