Türkiyənin Xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edib.
“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində H.Fidan BƏƏ-nin Vitse-prezidenti Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Səfərdə diqqətçəkən məqam isə İsrailin Baş naziri Binyamin Netanyahunun da eyni vaxtda BƏƏ-yə gizli səfər etməsi olub. Hər iki diplomatik təmasın eyni dövrə təsadüf etməsi beynəlxalq mətbuatda və siyasi kluarlarda regional diplomatik aktivliyin artması kimi qiymətləndirilib. Dominos pizza
Nazim Hacıyev
Telegram kanalımız