Nəticələr açıqlandı: Hansı qruplarda abituriyentlərin şansı daha yüksəkdir?

saytların hazırlanması

Evə çatdırılma

Nəticələr açıqlandı: Hansı qruplarda abituriyentlərin şansı daha yüksəkdir?

Sosial

22 İyul 2023 14:24 35674


Ötən gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. 

Bəs görəsən, ümumi nəticələr necədir? Abituriyentlərin ali məktəblərə qəbul olmaq şansı nə qədərdir? 

Məsələ ilə bağlı Yenisabah.az-a təhsil eksperti Elçin Əfəndi danışıb. O, bildirib ki, dəqiq statistik məlumatlar Apellyasiya komissiyasına müraciət edənlərin də nəticəsi açıqlandıqdan sonra bəlli olacaq: pizza

"Dünən açıqlanan nəticələrdən sonra apellyasiya mərhələsi olacaq. Çünki Komissiya daxil olan apellyasiya müraciətlərinə baxmalı olacaq. Bundan sonra tam statistik məlumatlar bəlli olacaq. Amma hazırkı vəziyyəti dəyərləndirsək, ümumilikdə II və III qruplar arasında bir qədər fərq var. III qruplar daha yaxşı nəticələr göstəriblər. II qrupların nəticələri isə ötənilki buraxılışla nəticədə aşağıdır, zəif yazıblar. 

Blok imtahanı nəticəsi isə ötənilki səviyyədədir".

Ekspert bildirib ki, ötən ilki ilə müqayisədə plan yerləri artırılıb və bu da abituriyentləri qəbul olmaq şansını artırır:

"Biz ayrılan plan yerlərini də nəzərə alsaq, deyə bilərik ki, bu il normal qaydada müsabiqə şərtini ödəyən abituriyentlər düzgün ixtisaslaşma apararlarsa, onların qəbul olmaq imkanları realdır. Ötən illə müqayisədə bu il dövlət sifarişli və ödənişli əsaslarla olan plan yerlərinin artması bunu deməyə əsas verir.

Amma ümumi nəticələr baxımından III qrupun nəticələri ötən ildən daha yaxşıdır. Eyni zamanda II qrupun buraxılış nəticələri ötən ilkindən daha yaxşıdır. Ümumilikdə isə buraxılış və blok nəticələri demək olar ki, ötən ilki ilə eyni səviyyədədir".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!