Bir müddət əvvəl "Atasız qızı oğluma almaram" cümləsi ilə gündəmə gəlmiş Nigar Fərhad kosmetoloq qurbanı olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, aparıcı 1 saniyəlik fərqlə həyatda qaldığını bildirib:
"Sağlamlıq cəhətdən danışmaq çətin olsa da, deməyə məcburam. Kosmetoloq olmayan qadın üzərimdə prosedur etdi. Guya Türkiyədə oxuyub, Bakıda klinikada cərrahdır. Hamısı yalanmış. Bir neçə gün sonra bədənim çirk verməyə başladı. İnfeksiya qanıma keçirdi. Nə baş verdiyini bilmirdim. "Sepsis"lə saniyələr qalmışdı, həkim dedi ki, narkoz verirəm, tez əməliyyata salın, ölümlə üz-üzədir. pizza sifarişi
Son günlərdə nələr yaşadığımı heç kəsə anlada bilmərəm. Anam ayaqyalın əməliyyatxananın qarşısında durmuşdu ki, qızıma heç nə olmasın. Dərmanlarla yaşayıram, ağzımın içi bütün tikişdir. Çöplə su içirəm, normal yeyə bilmirdim. 5 günə 56 kilodan 48-ə endim. Klinikada hər gün 6 saat antibiotik və sistemlər altında yatırdım".
Daha ətraflı videomaterialda:
Telegram kanalımız