Nigar Fərhad sərbəst buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Nigar Fərhad sərbəst buraxıldı

Sosial

28 Avqust 2026 14:26 108


Çoxsaylı şikayətlər əsasında saxlanılan "AID Group" xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.

"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, istintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.

Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb.  Toyuqlu pizza

Digər yeni məlumat ondan ibarətdir ki, "AID Group"la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. Artıq Nigar Fərhad, onun əri Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.

Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!