Nihat Kahveci saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Nihat Kahveci saxlanıldı

Hadisə

14 İyul 2026 16:18 85


Keçmiş Türkiyə milli futbolçusu və tanınmış idman şərhçisi Nihat Kahveci saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə İstanbulun Sarıyer rayonunda yerləşən restoranların birində baş verib. İddiaya əsasən, Kahveci həyat yoldaşı Fulya Sever Kahveci ilə restoranda olarkən aralarında mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonra onun həyat yoldaşına fiziki zorakılıq tətbiq etdiyi və masadakı şüşəni atdığı iddia olunur.

Hadisə yerinə çağırılan polis əməkdaşları Nihat Kahvecini saxlayaraq ifadəsinin alınması üçün polis bölməsinə aparıblar. Məlumata görə, aparılan ilkin istintaq tədbirlərindən sonra o, sərbəst buraxılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir. Dominos pizza

Qeyd edək ki, Nihat Kahveci Türkiyə millisinin və "Beşiktaş", "Real Sociedad", "Villarreal" kimi klubların sabiq futbolçusudur. Hazırda o, idman şərhçisi kimi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!