Nikol Paşinyan hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyan hədələdi

Dünya

13 Avqust 2026 22:45 48


Bu gün, avqustun 13-də daha bir hərbçinin meyitinin güllələnmiş halda aşkarlanması Ermənistan rəhbərliyini hərəkətə keçməyə vadar edib.

“Mən artıq qərar vermişəm: hərbi polis və Müdafiə Nazirliyinin mənəvi-psixoloji təminat idarəsində dəyişikliklər ediləcək. Ermənistan rəhbərliyi bu sahədəki səylərin niyə istənilən nəticəni vermədiyinin səbəblərini ətraflı təhlil etmək və vəzifəli şəxsləri şəxsən məsuliyyətə cəlb etmək niyyətindədir”.

''Yeni Sabah'' xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə avqustun 13-də keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, vəziyyətin təhlilindən sonra ciddi nəticələr çıxarılacaq, lakin fərdi məsuliyyət məsələsi ölkənin ali hərbi rəhbərliyinə şamil edilmir. Toyuqlu pizza

Ermənistanın baş naziri daha sonra deyib: “Biz bu sahədəki səylərin niyə arzuolunan nəticəni vermədiyini ətraflı təhlil edəcəyik; nəticələr çıxarılacaq və bəli, fərdi məsuliyyət olmalıdır, lakin mənim qiymətləndirməmə görə, baş qərargah rəisi və müdafiə naziri bu problemin həlli üçün kifayət qədər səy göstərməmək kimi bir vəziyyətdə deyillər".

Nikol Paşinyan vurğuladı ki, kadr dəyişiklikləri Silahlı Qüvvələr daxilində hüquq-mühafizə və psixoloji işə birbaşa cavabdeh olan müvafiq struktur və bölmələrə şamil ediləcək.\musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!