Nişanı qaytarılmış qız   - “Azərbaycanda əhalinin 80-90 faizi psixi pozuntudan əziyyət çəkir“

saytların hazırlanması

Evə çatdırılma

Nişanı qaytarılmış qız - “Azərbaycanda əhalinin 80-90 faizi psixi pozuntudan əziyyət çəkir“

Sosial

17 Dekabr 2021 13:10 4144


21 yaşlı K.Bağırova özünü asaraq intihar edib. İntihar edən əvvəllər nişanlı olub və oğlan çox qısqanc olduğu üçün qız evi nişanı qaytarıb. Bu yaxınlarda isə K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki gəncin razılığı ilə nişan baş tutub.

Qızın əvvəllər nişanlı olması elçilərdən gizlədilib. İşin üstü açılanda nişanının qaytarılacağı söz-söhbəti başlayıb. Nəticədə K.Bağırova özünə qəsd edib: “Mənim ölümümdə heç kəs günahkar deyil”.

Azərbaycanda nişan qaytarmağa niyə pis baxılır? Pepperoni pizza

Nişanın qaytarılması niyə faciə kimi qarşılanır?

Yenisabah.az-a açıqlamasında psixoloq Aytən Ələkbərli deyib ki, bu sayaq hallar mental düşüncədən irəli gəlir:

““Mental” sözünün mənası psixi pozuntu deməkdir. Bəzən bunu dərindən düşünəndə psixoloq kimi fkirləşirəm ki, necə olur bizim əhalinin 80-90 faizi elə psixi pozuntudan əziyyət çəkir?

Nişanlanan bir qızla oğlanın tanıma mərhələsi növbəti boşanmanının qarşısını almaqdır. İnsanlar bir-birini tanıdıqca “biz sabah bir evdə yaşaya, səhvimiz və düzümüzlə qəbul edə bilərikmi” suallarına cavab verməlidir”.

Psixoloqun sözlərinə görə, kənar müdaxilələr gənclərimizin həyatına son qoyur:

“Diqqət etsələr, xəyanətin də qarşısı alına bilər. Təəssüf ki, kənar müdaxilələr, ikinci, üçüncü şəxslər, sanki qınaq obyektinə çevirilən mental düşüncələr gənclərimizin həyatına son qoyur. Ya onlar özlərini cəmiyyətin mənfi tərəfinə atırlar. “Onsuz da nişanım qaytarılıb, bundan sonra məni kimsə alası deyil”. Bundan sonra pərakəndə, xaotik həyat yaşamağa başlayırlar. Ya da intiharla üz-üzə qalırlar”.

A.Ələkbərova qeyd edib ki, bu məqamda valideynlər diqqətli olmalıdırlar:

““Nişan nədən qaytarıldı” sualını araşdırarkən qızlarının yanında olsunlar, ona dəstək olmağı bacarsınlar. Nişan qaytarılana qədər də hər bir insan öz səhvini axtarıb-araşdırmalıdır.

Bir balaca özümüzü dəyişməyə çalışaq. “Özün üçün yaşa” deyəndə demirik, hər kəs əxlaqi keyfiyyətlərini kənara atsın. İnsan öz ruhuna dəyər verməlidir. Bunları düşünsək, arzularımıza, xəyallarımıza gedə, rahat şəkildə qədərimizi yaza bilərik. Hər ailənin, hər kəsin öz psixoloqu olmalıdır. Bununla biz qadın, kişi psixologiyasını öyrənə bilərik. Bununla da psixi xüsusiyyətlərə uyğun olaraq insanlara yanaşarıq”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Nişanlanan insanların 80-90 % müxtəlif hoqqalardan çıxdıqları üçün ve bunu bütün cəmiyyət bildiyi üçünde nişanı qayıtmışa yaxın duran yoxdu. Amma bu ofl demek deyilki bütün hallarda qız günahkardı.80-90?dikdə oğlanlarda var.Cox sehvide oğlanlar edir.Qizlarda aldanır.Amma prinsip etibarilə insan faktoru var hisslərinə qapılıb hərəkət edirler.Misal üçün Əl -ələ tutub gezmek,qucaqlasmaq,öpüşüb görüşmək,Və s...Psixoloq siz oglunuza başqa oqlanla əl ələ gəzən və opüşüb görüşən qızı alarsiz?
    4 years ago