Niyə molla olmaq istəyən yoxdur? - “İmişlidən olan bir axundu Tovuza, yaxud Xaçmaza göndərsək...”

saytların hazırlanması

Evə çatdırılma

Niyə molla olmaq istəyən yoxdur? - “İmişlidən olan bir axundu Tovuza, yaxud Xaçmaza göndərsək...”

Din

13 Avqust 2026 12:24 198


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 64 vakanisiyaya müsahibə elan edib.

Təəccüblü olsa da, son illərdə dini ibadəgahlarda işləmək istəyən yoxdur. Komitənin elan etdiyi müsahibədəki məscidlərin çoxunun adını köhnə siyahıda da tapmaq olar, yəni siyahı faktiki olan təkrarlanıb.

“Açığı, bu mövzunu araşdırmamışam. Amma 2022-ci ildən tətbiq olunan sistemə görə din xadimləri, bir növ, məmur statusundadır. Onlar rotasiya üsulu ilə müxtəlif bölgələrə təyin edilir və bir müddət sonra yerləri dəyişdirilir”. Toyuqlu pizza

Bu sözləri “Yeni Sabah”a şərqşünas-yazar Kənan Rövşənoğlu deyib.

Onun sözlərinə görə, din xadimi daha geniş anlayışdır:

“Bu üsul Türkiyədə də tətbiq olunur və o qədər də effektiv deyil. Din xadimi təkcə insanlara dini qanun-qaydaları başa salan şəxs deyil. O daha geniş anlayışdır. Bu şəxslər fəaliyyət göstərdikləri bölgələrdə yaşayan insanların ruhani, mənəvi tələbatlarını, problemlərini həll etməlidir. Din xadimləri qan barışdırıb, küsülülükləri aradan qaldırıb. Amma tutaq ki, İmişlidən olan bir axundu Tovuza, yaxud Xaçmaza göndərsək, onun əhali arasında birdən-birə nüfuz qazanması nadir hallarda olub. Həmin şəxsin məkana uyğunlaşması, alışması üçün müəyyən zaman lazımdır”.

K.Rövşənoğlu əlavə edib ki, rotasiya və seçmə üsulu ilə bağlı təyinatın səmərəsi az olacaq:

“Din xadimi məmur deyil. Tutaq ki, rayonda yaşayan kimsə imtahan verir və gəlir Bakının hansısa kəndinə axund təyin edilir. Əlbəttə, onun çətinlikləri olacaq. Məsələ şəriət qaydalarını bilib-bilməmək deyil. Azərbaycanda dini təhsil yetərincə var. Din xadimi həm də insanların ruhani tələbatlarını həll etmək üçündür. Ona görə də rotasiya qaydası ilə məmur kimi din xadimlərinin seçilib göndərilməsi düzgün deyil. O, məmura oxşamamalıdır. Digər tərəfdən, maaş azlığı da var. Bu da ciddi problemdir. Odur ki, ruhanilər öz yaşadıqları bölgədə fəaliyyət göstərsə, daha yaxşı olar”.

Xatırlatma: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.

Vakansiyalar imam, imam köməkçisi və dini ayinlərin icraçısı - müəzzin vəzifələri üzrədir. Hazırda imam vəzifəsi üzrə 14, imam müavini vəzifəsi üzrə 37, müəzzin vəzifəsi üzrə isə 13 vakant yer mövcuddur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!