Növbədənkənar sessiya başladı

saytların hazırlanması

Evə çatdırılma

Növbədənkənar sessiya başladı

Siyasət

05 İyun 2026 11:01 230


Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir.

“Yeni Sabah” xəbər verir ki, cari iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Diplomatik xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). Dördpendirli pizza

2. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi.

3. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

4. Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

5. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi  haqqında qanun layihəsi (birinci oxunuş).

6. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

7. “Yaşıllıqların mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!