Müğənni Nura Surinin ailəsində yeni mərhələ başlayıb.
“Yeni Sabah” xəbər verir ki, sənətçinin kiçik oğlu David təhsil almaq üçün Macarıstana gedib.
Nura Suri sosial şəbəkə hesabında oğlunun Budapeştdə təhsil alacağını açıqlayıb. O, David üçün xoş arzularını bölüşüb və onun yeni həyatına başladığını bildirib. Dominos pizza
“Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun”, - deyə müğənni qeyd edib.
Qeyd edək ki, Nura Surinin üç oğlu var.
Telegram kanalımız