O da uşaqpulu müzakirələrinə qoşuldu:   “Cahillikdir”

saytların hazırlanması

Evə çatdırılma

O da uşaqpulu müzakirələrinə qoşuldu: “Cahillikdir”

Şou

22 May 2026 16:11 10903


Müğənni Nura Suri də uşaqpulunun verilib-verilməməsi ilə bağlı müzakirələrə qoşulub.

“Yeni Sabah”ın xəbərinə görə, o, bununla bağlı söz-söhbətlərin ürəkaçan mənzərə yaratmadığını deyib:

“İlk olaraq onu deyim ki, övladlarımı özəl xəstəxanalarda dünyaya gətirmişəm, özəl məktəblərdə oxutdurmuşam, peyvəndlərinə kimi özəl klinikalarda vurulub. Dövlətin pulsuz xidmətlərindən heç vaxt istifadə etməmişəm. Düşünürəm ki, imkanı olan şəxslərin çoxu belə edir. pizza

“Uşaq pulunu tələb edənlər ehtiyacı olan insanlardır. Həmin insanları təhqir edərək “pulun yoxdur, dünyaya uşaq gətirmə” kimi ifadələr işlətmək cahillikdir”.

Müğənni bildirib ki, hazırda bir ailədə 3 nəfərin normal yaşaması üçün ayda 1500 manat qazancı olmalıdır:

“Uşaq böyütmək maddi baxımdan o qədər çətindir ki, bir neçə ildən sonra heç kəs bir uşaqdan artıq övlad dünyaya gətirmək istəməyəcək.

Bir ailədə 3 nəfərin (ata, ana, uşaq) kreditə girmədən normal yaşaması üçün evə ayda ən az 1500 manat qazanc gəlməlidir. O da əgər həmin ailənin öz evi varsa, kredit və ya ipoteka ödənişi yoxdursa.

Xahiş edirəm, danışanda bir az diqqətli olun, insanları əzməyin. Düşünün, analiz edin, empatiya hissiniz olsun”.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • shahzadeh
    Nura xanim her defe hadiselere obyekti yanasib bu seferde eyni özü ucun demir 90% yeni evliler kirayede ipotekada yasayir 2goz isteyir ağlaya evlenmirsen ayrı evi yoxdu gedib düşmem qazanmaqdansa sakit heyatini yasayirsan coxlarida eyni dusuncededi cahil cesareti olanlarda gedib 1il gelmemiş boşanır yeni herşeyin sebebi maddiyyatdi realliq budu
    2 months ago
  • Səddam
    Maddi baxımdan imkansız olan şəxslər işləyir, onlar tənbəl olmur işlərində layigince yerinə yetirirlər. Iwlemeyenlerde var onlarda inanki bezirler imkansızlıqdan və iradələrinin də bunda rolu var. Sadəcə olaraq Allah özü köməy olsun...
    2 months ago
  • İsa
    Uşaq pulu verilməlidir deputat uşaqlarindan başqa onların ata anaları tənbəlləşər qaza işığa limit qoyanda dünya ölkeleri tecrübesinden istifadə edirlər uşaq pulu gələndə dünya ölkələrinin təcrübəsi yada düşmür bir baxımdan uşaq pulu verən ölkelerin tecrübesine onuda tətbiq edin
    2 months ago
  • İsa
    Uşaq pulu verilməlidir deputat uşaqlarindan başqa onların ata anaları tənbəlləşər qaza işığa limit qoyanda dünya ölkeleri tecrübesinden istifadə edirlər uşaq pulu gələndə dünya ölkələrinin təcrübəsi yada düşmür bir baxımdan uşaq pulu verən ölkelerin tecrübesine onuda tətbiq edin
    2 months ago
  • Eziz
    Nura xanım xalqı düşünen yoxdur. O çıxış edenler vicdanını itirenler havayidan milyonlarla pulları yeyib lüks yaşiyanlardir tox ne bilir ac nece yatir.
    2 months ago
  • Natiq
    Usaq pulu verin 5 usaq olsun her aylede siz edin goresiz ki 5 ilde Azerbaycan ne qeder artim olur ozunuz inșə Allah teki Tesdiqleyin her usaqa gore en axi 300 manat
    2 months ago
  • Anonim
    Diqqətli şəxslər hələdə olmağı hələ bizim sonumuzun tez olmayacağını göstərir
    2 months ago
  • Nizi
    Kimki menim balamın hakim yeyir Allah bilsin zelil elsin amin alllahim
    2 months ago