Azərbaycan Kinematoqrafçılar İttifaqının avqustun 28-də keçirilən iclasından fotoreportaj yayınlanıb.
"Yeni Sabah" xəbər verir ki, fotoları ittifaqın "Facebook" hesabında yayılıb.
Xatırladaq ki, iclasda Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxdığı məlum olub. Bundan başqa, AKİ sədrin səlahiyyəyləti müvəqqəti Xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilib. Eyni zamanda, o, sədr vəzifəsinə irəli sürüləcək yeganə namizəd kimi seçilib. pizza mizza
Ə.Cabbarov ittifaqın katibliyi və üzvlüyündən öz ərizəsi ilə azad edilib.
Qurultay sentyabrın birinci yarısında keçiriləcək və sədr seçkisi baş tutacaq.
AKİ fotoreportajına məlumat əlavə etməyib. Lakin "Facebook" izləyiciləri görüntülərə kəskin ifadəli şərhlər yazıblar. Onlardan biri qeyd edib: "Çoxu 70-80 yaşlı adamlardır. Niyə təqaüdə çıxmırlar? Niyə gənclər yoxdur. Film kino xarici görünüşlə birbaşa bağlı anlayışlardır. Gözəlliyi, gəncliyi sevir. Niyə gedib evlərində oturmur bu adamlar?"
Aydan Hacı
Telegram kanalımız