Obyektini icarəyə verənlər bu vergini   ÖDƏMƏYƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Obyektini icarəyə verənlər bu vergini ÖDƏMƏYƏCƏK

Sosial

17 Avqust 2026 10:41 47


Obyektini başqa şəxsə icarəyə verən şəxsin VÖEN-ə malik olması vergi öhdəliyinin yaranması ilə bağlı suallar doğurur.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu məsələyə aydınlıq gətirib.

Qurumun açıqlamasına görə, daşınan və daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirdən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Əgər icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən rezident fiziki şəxsə ödənilirsə, icarə gəliri üzrə vergi öhdəliyini icarəyə götürən tərəf yerinə yetirir. Bu halda obyektini icarəyə verən fiziki şəxsin həmin gəlir üzrə ayrıca vergi ödəmək və ya hesabat təqdim etmək öhdəliyi yaranmır. Dominos pizza

Dövlət Vergi Xidməti həmçinin bildirib ki, verginin azaldılması və ya büdcəyə çatacaq verginin hesabat təqdim edilməməklə yayındırılması maliyyə sanksiyasına səbəb ola bilər. Belə hallarda azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, obyekt sahibinin VÖEN-də əsas fəaliyyət növünün icarə kimi göstərilməməsi məsələsi ilə bağlı vergi öhdəliyi icarə haqqının kim tərəfindən ödənilməsindən asılı olaraq müəyyənləşdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!