“Oğlum öləndən sonra xəstəlik tapdım, başımda nəsə var...“   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Oğlum öləndən sonra xəstəlik tapdım, başımda nəsə var...“ - Video

Şou

18 Yanvar 2022 13:40 1016


"Övladımın vəfatından sonra şəkər xəstəliyi tapdım. Dilimdə uyuşma yaranıb. Başımda da nəsə var…”

Yenisabah.az xəbər verir ki, bu sözləri oğlu bir müddət əvvəl dünyasını dəyişən müğənni İbrahim Borçalı deyib.

ATV telekanalında yayımlanan “Qonağım ol” verilişinə qatılan ifaçı oğlunun ölümündən sonra xəstəlik tapdığını bildirib: pizza sifarişi

"Başımda nəsə var. Müayinə etdirmək istəmirəm. Deyirəm nə olacaqsa, olacaq. Bəziləri deyir ki, əsəbdən, stressdəndir. Elə bil insan birdən vəhşiləşir. Birdən ağlaya bilmirəm dözürəm".

Xatırladaq ki, İbrahim Borçalının 21 yaşlı övladı Rəhim ötən il avtomobil qəzasında vəfat edib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!