Oksana ailə həyatından danışdı – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Oksana ailə həyatından danışdı – VİDEO

Şou

06 Dekabr 2021 14:01 938


Bir müddət əvvəl aparıcı Şəhriyar Əbilovla gizli evliliyi ilə gündəmə gələn aktrisa Oksana Rəsulova, nəhayət, ailə həyatı barədə danışıb.

Yenisabah.az xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərlinin  "Sənətdən kənar" verilişində qonaq olan Oksana ərinin oğlunun həyatında böyük rol oynadığını bildirib.

O, Osmanın atasının etdiyi hər bir hərəkəti təkrarladığını deyib: pizza

“Şəhriyar nə edirsə, Osman onu təkrarlayır. Ona görə deyirəm ki, məsuliyyət onun üzərinə düşür. Öz həyatını elə etməlisən ki, uşaq sənə baxıb ibrət götürsün. Evdə hər ikimizin sözü keçir. Evdə daha çox Şəhriyar güzəştə gedir. Şəhriyar su, mən isə alovam. Həmişə mən əsəbləşəndə Şəhriyar deyir ki, bəsdi, fikir vermə. İndi də elədir. Amma çalışıram ki, su olum. Təbii ki, Osmana görə su olmalıyıq. Xaraktercə Şəhriyar sakit insandı, mən özümdən tez çıxıram, səbrsizəm, tələsirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!