“Ölkə daxilində hansı kənar müdaxilədən söhbət gedə bilər?” -   Hərbi ekspert helikopter qəzasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Ölkə daxilində hansı kənar müdaxilədən söhbət gedə bilər?” - Hərbi ekspert helikopter qəzasından danışdı

Sosial

30 Noyabr 2021 22:55 1055


Hərbi helikopterin qəzaya uğramasına hansısa kənar müdaxilənin təsir etdiyini hesab etmirəm. Ümumiyyətlə, Azərbaycanda, ölkənin daxilində hansı kənar müdaxilədən söhbət gedə bilər?!”

Yenisabah.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, texniki vəziyyət, hava şəraiti, insan faktoru qəzaya səbəb olan amillərdən ola bilər: “Hər bir ölkədə belə qəzalar baş verə bilər. Hərbi hava qüvvələri olan hər bir ölkə belə qəzalarla üz-üzə qala bilər. Çox üzücü hadisədir. Bu qədər zabit-gizir heyətinin itirilməsi Dövlət Sərhəd Xidməti üçün və əlbəttə ki, Azərbaycan xalqı üçün böyük itkidir”. pizza

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Uçuş 20 dəq keçib. Pilot təyin edilmiş nöqtəyə eniş edərkən qəza baş verib. Sual yaranır eniş edərkən hündürlük ne boydadirki,bu necə qezadirki,bütün heyyət şəhid olub?yalnız 2 nefer ağır xesaret alıb.
    4 years ago