Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkəyə qanunsuz yolla kosmetika gətirilməsi cəhdini ifşa ediblər.
“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hadisə “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində qeydə alınıb. Stasionar rentgen qurğusu vasitəsilə yoxlanılan nəqliyyat vasitəsinin yük hissəsində şübhəli görüntülər aşkar edilib. Şübhələr əsasında avtomobilə baxış keçirən gömrükçülər bəyan olunmamış 4 752 ədəd müxtəlif kosmetik vasitə aşkarlayaraq götürüblər.
Hazırda baş vermiş faktla bağlı gömrük orqanları tərəfindən müvafiq araşdırma işləri davam etdirilir. pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız